top of page

SAYT PORTFOLIO

Geniş mənada Web-dizayn anlayışı altında informasiyanın işlənib hazırlanması, strukturlaşdırılması, vizual yaradılması və informasiyanın şəbəkəyə ötürülməsinin texniki aspektlərini əhatə edən web-saytların yaradılması prosesi başa düşülür. Saytın yaradılmasının nədən ibarət olduğunu daha dolğun başa düşmək üçün, səhifənin hansı mərhələlərdən şəbəkədə fəaliyyətə başlamasına qədər hansı mərhələlərin keçdiyini təsəvvür etmək lazımdır. Web-dizaynda işin başlanması saytın məqsəd və funksionallığının ətraflı planlaşdırılması ilə xarakterizə olunur, onun strukturuna və tərtibatına aid planlar hazırlanır və sonra sifarişçi tərəfindən təsdiq edilən işlərin ətraflı siyahısı tərtib edilir. Bununla layihə meneceri ilə məşğul olur. Bundan sonra isə planlaşdırılmış saytda səhifələrin strukturunun necə olacağı ilə bağlı kifayət qədər geniş suallar müəyyən edilir. Burada menecerin və dizaynerin birgə işi tələb olunur. Dizayner sayt haqqında vizual təsəvvür yaradır, bu zaman həm səhifəni daha funksional etmək, həm də onu bəzəmək üçün nəzərdə tutulmuş müxtəlif elementlər nəzərə alınır. Bundan sonra saytın maketi qrafik təsvir şəklində təsdiqlənir. Son mərhələdə, sayt informasiya ilə doldurulur və tamamlanır. Beləliklə bütün bu mərhələrdən sonra sayt artıq istifadəçilər üçün istifadəyə verilmiş olur.

Screenshot_1.png

Qafqaz Dağlarından Əfsanəvi Su

«TAC» MMC əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biridir. Şirkət özəl müəssisə kimi 1997-ci ildə təsis edilib və artıq 25 ildir ki istehlakçılar tərəfindən böyük rəğbət hissi ilə qəbul edilir. Bütün bu illər ərzində şirkət özünü həm etibarlı istehsalçı, həm də etibarlı tərəfdaş kimi tanıdıb.

«TAC» MMC-nin məhsulları ən yüksək Avropa standartlarına və müəyyən edilmiş normativlərə uyğun olaraq istehsal edilir. Yüksək keyfiyyətli xammal, müasir avadanlıq, qabaqcıl texnologiyalar və ixtisaslı mütəxəssislərimiz, həmçinin su hazırlanması problemləri ilə məşğul olan yerli və xarici Tədqiqat İnstitutları ilə daimi əməkdaşlığımız məhsullarımızın keyfiyyətini, yüksək qida dəyərini və əla dadını təmin edir.

«TAC» MMC-nin məhsullarının keyfiyyəti beynəlxalq sertifikatlar ISO 9001 və ISO 22000 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

1.png

Hər vaxtınız xeyir, Sizi “RENTACARBAKUU.COM” (Bakı və Azərbaycanda avtomobil kirayəsi) şirkətinin rəsmi veb-səhifəsində görməyə şadıq.

RENTACARBAKUU.COM (Bakıda avtomobil kirayəsi) 2018-ci ildə Azərbaycanda təsis edilib. Şirkətimiz gənc olsada dinamik inkişaf edərək, qısa vaxtda Azərbaycan avtomobil kirayə sektorunda özünəməxsus yer tutmuşdur. Münasib qiymətlərlə keyfiyyətli xidmətin bir arada cəmlənməsi bunun əsasıdır. Qarajımız geniş seçim imkanları yaradır: Ekonom, SUV, VIP, Luxury – avtomobillər, minivanlar, mikroavtobus və avtobuslar. İstənilən tələblərinizi geniş xidmət çeşidimizlə həyata keçirə bilərik. Onlayn avtomobili sifariş edin, tezliklə sizə yaxın məntəqələrimizdən istəyinizə uyğun olan avtomobili qeyd etdiyiniz ünvana çatdıraq. Veb səhifəmizdə sifariş zamanı yeni təklif və aksiyaları diqqətdən keçirin. Əmin olun ki, şirkətimiz Sizi sərfəli qiymətli, vaxtaşırı texniki baxışdan keçən, sığortalı avtomobillə təmin edəcək. Bizim xidmətlərimizdən istifadə etməklə, siz həm əlverişli, həm də rahat səyahətinizi edəcəksiniz!

1.png

Rəsmi “RENT A CAR BAKU AZERBAIJAN” (Baku Car Avtomobillərin Kirayəsi agentliyi) veb səhifəmizə xoş gəlmişsiniz.

Biz, 2018-ci ildən bəri Azərbaycanda avtomobillərin kirayəsi bazarında fəaliyyət göstərir və onu dinamik inkişaf elətdiririk. Keyfiyyətli xidmətlər ilə münasib qiymətlər müştərilərimizə təklif etdiyimiz ən yaxşı kombinasiyadır.

 

Böyük avtomobil parkımız ilə bütün növ seçimləri təklif edə bilərik: Ekonom, SUV, VİP, Lüks – maşınlar, mikroavtobuslar, avtobuslar və ekskursiya avtobusları (sərnişin tutumu 54-ə kimi olan). Xidmətlərimizin geniş çeşidi tələblərinizin istənilən birini yerinə yetirəcəkdir: Onlayn kirayə avtomobil sifarişi; Sizin üçün yerində çatdırılma və təhvil alma; Texniki xidmət və təcili yol yardımı xidməti; Sağlamlığınız və təhlükəsizlyiniz üçün mütəmadi olaraq texniki müayinə və salonu dezinfeksiya edilmiş yeni model avtomobillər; Sərfəli güzəştlər və sizə mənfəəti ilə maraqlı olan şirkətlər.

Mütəxəssislərimiz səyahətiniz üçün ən yaxşı nəqliyyat vasitəsini seçməkdə sizə köməklik göstərəcəkdir. Bizimlə e-poçt, WhatsApp, Viber, Messenger, Instagram tətbiqləri vasitəsilə və ya onlayn əlaqə saxlaya bilərsiniz.

Bütün bunlar sizin rahat səyahət etməyinizə tam təminat verəcəkdir.

1.png

Qısa tarixi

1957-ci ildə Kayseridəki kiçik bir dülgərlik emalatxanasında təməli qapı-pəncərə istehsalı ilə atılan İstikbal, 80-ci illərədək qapı-pəncərə, şkaf, yataq otağı, masa və stul kimi mebel növlərinin istehsalına başladı. Emalatxanalar vəhdət halında toplandıqdan sonra böyük bir zavoda köçürüldü. Bazardakı tələb və təklif balansını yaxşı qiymətləndirən və istehlakçının nəbzini davamlı olaraq tutan İstikbal, yalnız bir açılan divan kimi məhsulla məhdudlaşlaşdırılmayıb, geniş baxış ilə hər il investisiyalarına və məhsul portfelinə yeniklərini əlavə edir. 90-cı illərin sonunda Kayseridə nəhəng bir inteqrasiya təsisi quraraq, İstikbalın dünya markası olması üçün bir addım atıldı. 60 illik təcrübəsi ilə Türkiyənin lider mebel markası olmağa nail olan İstikbal sürətli addımlarla Türkiyə və dünya mebel bazarında uğurlu və qərarlı şəkildə inkişafını davam etdirir.

Dünya keyfiyyət standartlarının istehsalı ilə məşğul olan məhsul keyfiyyəti, paylama şəbəkəsi, satış və satış sonrası xidmət anlayışı ilə istehlakçı ehtiyacları və xoşbəxtliyini ön plana salan İstikbal mebel 1000-lərlə məhsulu Türkiyə miqyasında 1000-ə yaxın kolleksiyasının istehlakçı ilə vəhdətini təşkil etməyə davam edir.

1.png

SHAMS Group artıq 15 ildən çoxdur ki uğurla inkişaf edir. İnşaat və təmir sahəsində ilk addımlar ilə artıq SHAMS Group öz törəmə şirkətləri vasitəsi ilə müştərilərinə xidmət göstərir.

Etibarlı və dostluq əməkaşlığı, xarici investorların cəlb olunması və əlverişli mühitin yaradılması səbəbi ilə SHAMS Group 2010 ildə öz törəmə şirkətləri vasitəsi ilə iki yeni Turizm və Avtomobillərin kirayəsi sahəsində fəaliyyətə başlamışdır. Bununla da həm ölkəmizdə yeni olan investorların və əməkdaşlarımız ölkəni daha yaxından tanıması, həm də ziyarət zamanı rahatlıqları üçün hər bir imkanların olmasını təmin etmək məqsədi ilə fəaliyyətə başlamışdır. Həmçinin şirkətimiz apart-otel və fərqli sinifdən 30 avtomobildən ibarət öz qarajını yaratmışdır. Bu illər ərzində şirkətimiz bir çox sosial layihələr həyata keçirmişdir, bununla da insanların rifah yüksəlişində öz töhvəsini vermişdir.

1.png

RAHATLIQDAN ZÖVQ ALIN

Bakıdan 180 km, dənizdən 1000 metr məsafədə yerləşən Vogue Nabran oteli 5 ulduzlu otellər kateqoriyasına daxildir. Vogue Nabran oteli 2017-ci ilin avqust ayında fəaliyyətə başlamışdır. Yaşıllıqların əhatəsində zövqlə inşa olunmuş otel 32 müxtəlif kateqoriyalı otaqlardan, 2 və 3 otaqlı 25 ədəd kotteclərdən ibarətdir. Bundan əlavə burada qonaqların istifadəsi üçün qapalı və açıq restoran, uşaq əyləncə yerləri, üstü açıq hovuz, bilyard zalı, Vogue Siqar barı da qonaqların xidmətindədir. Qonaqların rahat və təhlükəsiz istirahəti üçün oteldə sürətli internet və 24 saat nəzarət edən müşahidə kameraları quraşdırılmışdır. Qonaqların öz avtomobillərini park etməsi üçün otelin yanında kamera nəzarətli 20 avtomobil üçün avto dayanacaq inşa edilmişdir. Otelin geniş həyətində olan yaşıllıqlar daha çox oksigenlə nəfəs almağınıza imkan yaradacaq.

1.png

ANT Group

Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Mövcud olduğu dövr ərzində uğurla fəaliyyət göstərmişdir. Göstərdiyimiz xidmətlərin keyfiyyəti, etibarlı tikinti şirkəti adı bazarda liderlər sırasına yüksəlməyə imkan vermişdir.

ANT Group iş həcmini planlı formada artıraraq, lisenziya sənədlərinin hazırlanmasından obyektin istismara verilməsinə kimi bütün tikinti-montaj işlərini həyata keçirir. Şirkətin mütəxəssisləri kiçik tikintidən tutmuş çoxfunksiyalı komplekslərin inşasında təcrübəyə malikdirlər. Şirkət tikinti işləri üçün bütün lazımi lisenziyalara malikdir.

Mütəxəssislərimiz dünya keyfiyyət standartlarına uyğun layihələr həyata keçirməyə qadirdirlər. Şirkət bütün növ mühəndis xidmətləri təklif edir. Müştəri və tərəfdaşlarımızla işimizdə əsas məqsədimiz dəqiqlik və keyfiyyətlilikdir.

Ən yeni maşın, texnologiya və avadanlıqlardan istifadə inşaatın müddətini qısaltmağa və daha keyfiyyətli nəticə göstərməyə imkan verir. Bir neçə tikilimiz artıq istifadəyə verilmiş, bəzilərində isə hələ də inşaat getməkdədir.

Şirkət «Premium», «Business», «Standart» və «Econom» kateqoriyalı binaların tikintisi sahəsində fəaliyyət göstərir. Bu binaların hər birində mütəxəssislərimizin əməyinin kiçik bir hissəsi vardır. Şirətimizin inkşafını məqsədyönlü və ixtisaslı əməkdaşlarımız təmin edir.

Hal-hazırda şirkət Azərbaycandan kənarda — Rusiya, Liviya, Ukrayna, Səudiyyə Ərəbistan və Moldoviya Respublikasında da öz fəaliyyətini genişləndirir.
Dünya tarixində yüzilliklər boyu əsas rol oynamış şəhərlər mövcuddur. Onlar dövlətlərin inkişaf istiqamətlərini və imiclərini təyin edir, milli qürur alətinə, iqtisadi və siyasi həyatın mərkəzinə çevrilir. Onlardan biri haqlı olaraq gözəl və qədim şəhər olan Bakı hesab edilə bilər.

3.png

“TURKAZ Group” Şirkətlər Qrupu Azərbaycanda polimer məhsullar istehsal edən müəssisədir.

Şirkətlər Qrupunun əsası 2010-cu ildə ölkəmizin sənaye şəhəri sayılan Sumqayıt şəhərində 100% yerli sərmayə ilə qoyulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qayğısı və diqqəti belə bir istehsal sahəsinin yaradılmasına böyük stimul olmuşdur. Bu məqsədlə şirkətimiz bütün resursları ilə ölkəmizin kənd təsərrüfatı sahəsinə töhfə verməyi özünün əsas vəzifələrindən biri hesab edir. Ölkədə aparılan aqrar siyasətə dəstəkvermək və kənd təsərrüfatına daha faydalı ola bilmək əsas məqsədlərimizdən olduğu üçün istehsal etdiyimiz məhsullardan istifadə etməklə müasir suvarma sistemlərinin quraşdırılması və lahiyələndirilməsini həyata keçiririk.

Öz fəaliyyətinə polietilen PE 100 boru istehsalı ilə başlayan müəssisə ötən illər ərzində istehsal sahələrini artıraraq ölkənin ən qabaqcıl şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkətin istehsal müəssisələrində 20-dən çox istehsal avadanlığı fəaliyyət göstərir. Bütün məhsulların istehsal prosesi İtaliya, Almaniya, Türkiyə və Çin istehsalı olan ən müasir texnoloji avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Polimer məhsulların istehsalında dünyada öndə gedən “Sabic”, “Borealis”, “Bayer”, “Total”, “Petkim”, “Kazpelin” kimi polimer xammal istehsalçılarının xammallarından istifadə olunur.

Amass PVC va aluminium profilləri üzrə ixtisaslaşaraq Türkpen, Türkplast va Aura markaları adi altinda istehsal, ticarət va xidmat sahələrində fəaliyyət göstərən şirkətidir.

Avropa, Türkiye, Rusiya və digər dövlatlərin aparıcı şirkətlərinin yüksək keyfiyyətli PVC ve aluminium profillari, köməkçi profil va aksesuarların, panellərin satışını həyata keçirməkla fəaliyyata başlayan Amass qisa zamanda bazar mövqelərinin möhkəmləndirilməsina nail olmuşdur.

Kecan dövr arzində şirkətin ticari fəaliyyəti əhali və korporativə yönəlik xidmətə keçid almış, coxsaylı uğurlu layihalar icra olunmuşdur. 2009-cu ildən etibaran Amass yerli istehsalı qurmaqla müştarilarina birbaşa mənbədən aliş imkani tamin etmişdir.

bottom of page