top of page

SMM üçün brief

SMM şablonuna müştərinin məqsəd və istəkləri, rəqabət mühiti, əvvəlki kampaniya və ya işlərin nəticələri, KPI və mənbə materiallarının mövcudluğu ilə bağlı suallar daxildir.

İlk dəfə brief doldurmağı planlaşdıranlar üçün SMM Brief izahı.

SMM işi üçün necə düzgün brief yazmaq olar?

Günümüzdə hətta kiçik şirkətlər də sosial media marketinqindən səmərəli istifadə edirlər. İstənilən hədəf auditoriyasından, yeni müştəriləri cəlb etmək, mövcud müştəriləri saxlamaqda sosial şəbəkələr, çox vaxt digər kanallardan daha effektivdir.

Sosial şəbəkələrdə sıfırdan ünsiyyət qurmaq qərarına gəlsəniz və ya artıq mövcud səhifənizi və ya saytınızı təkmilləşdirmək istəyirsinizsə, onda sizə yaxşı bir mütəxəssis lazımdır. Belə bir mütəxəssis tapmaq üçün əvvəlcə potensial mütəxəssislərə göndəriləcək brief’i mümkün qədər bacarıqla doldurmalısınız

Brief nədir və niyə bu qədər vacibdir ?

Brief, müştərinin, mütəxəssis üçün vacib olan müxtəlif suallara cavab verdiyi kiçik bir xülasə sənəddir. SMM üçün belə bir brief’in əsas məqsədləri

  • Müştərinin fikirlərini dəqiq şəkildə formalaşdırmağa kömək etmək

  • Bütün giriş məlumatlarını mütəxəssisə çatdırmaq.

  • İşin təxmini büdcəsini və zamanlanmasını daha tez öyrənmə imkanı.

  • Layihənin müzakirəsinə və təsdiqinə sərf olunan vaxtı tezləşdirmək.

  • Gələcəkdə anlaşılmazlıq və problemin yaşanmaması

Brief doldurmaq adətən on dəqiqədən bir neçə saata qədər vaxt apara bilir. Ancaq belə bir sənəd sizə gələcəkdə onlarla saat qazandıra bilər.
Tamamlanmış brief eyni anda bir neçə potensial mütəxəssisə göndərilə və yüksək keyfiyyətli rəy ala bilər. Bu yolla siz dərhal işin təxmini büdcəsini biləcək, müxtəlif şirkətlərdən özəl təkliflər alacaq və onları müqayisə edə biləcəksiniz. Nəticədə, mütəxəssis seçimi, işi əhəmiyyətli dərəcədə sadələşdirir və daha az vaxt aparır.

Sosial şəbəkələrdə tanıtım üçün brief’in əsas məqamları.

SMM Brief’inin ciddi strukturu olmamasına baxmayaraq, onu ayrı-ayrı xanalara bölmək önəmlə tövsiyyə edilir. Hər bir xanada, marketinq layihəsi üzərində daha ireli işlər görmək üçün lazım olan məlumatları qeyd etməlisiniz. Qısaca brief’də olması lazım olan önəmli maddələr:

  1. Əlaqə məlumatları. İlk növbədə şirkətin adını, əlaqə telefon nömrəsini, e-poçtunu, Skype və digər əlaqə vasitələrini yazın. Əlaqədar şəxsin adını da daxil edin.

  2. Şirkət haqqında məlumat. Şirkətinizin fəaliyyət dairəsini yazın, məhsul və xidmətləri təsvir edin. Şirkətinizin tarixi haqqında qısa məlumat və rəqiblərlə müqayisədə əsas üstünlüklərini bildirin. Veb saytınıza və şirkətinizin bütün mövcud sosial media səhifələrinə bir başa keçid əlavə etdiyinizə əmin olun.

  3. Məhsullar/xidmətlər haqqında məlumat. Bizə məhsullarınız/xidmətləriniz qiymətləri, rəqabət üstünlükləri və satış coğrafiyası haqqında ətraflı məlumat verin. Müştərinin sizə verdiyi məmnuniyyət dəyərini təsvir edin.

  4. Rəqabət mühiti haqqında məlumat. Əsas rəqiblərinizin kim olduğunu və onların sosial media səhifələrində, nəyi bəyənib bəyənmədiyinizi bizə izah edin.

  5. Hədəf auditoriyası haqqında məlumat. Əsas müştərilərinizin kimlər olduğunu bizə deyin. Onların yaşı, cinsi, gəliri, maraqları və digər xüsusiyyətləri. Hədəf auditoriyanızın məhsul/xidmətlərinizdən nə almaq istədiyini göstərin.

  6. Keçmiş tanıtım məlumatları. Əgər artıq SMM xidməti sifariş etmisinizsə və ya özünüz səhifə idarə etmisinizsə, hansı məqsədlərinizə nail olunduğununuzu, nəyin edildiyini və nəyi bəyənmədiyinizi göstərin.

  7. Gələcək SMM xidmətinin məqsəd və vəzifələri. Bu xanada mütəxəssisdən nə almaq istədiyinizi açığlayın. Xidmət zamanı ən çox nələrə diqqət etmək lazımdır? Fəaliyyətlərinizi qiymətləndirəcəyiniz KPI. Aylıq büdcəniz nə qədərdir? Sizi hansı konkret rəqəmsal xidmətlər maraqlandırır? (Sosial şəbəkələrin idarəsi, reklam kampaniyalarının başlanması, geri dönüşlər və nəzarət, reputasiyanın idarə edilməsi və s.).

  8. İş növləri. Tam olaraq hansı növ işlər istədiyinizə dair kifayət qədər aydın bir fikriniz ola bilər. Əgər belədirsə, onları sadaladığınızdan əmin olun. Məsələn: SMM auditi, strategiyanın hazırlanması, səhifənin brendləşməsi, paylaşım.

  9. Təşviq vasitələri. Hələlik bütün materialları göndərmək lazım deyil, sadəcə mövcud olanları qeyd edin. Məsələn: korporativ şəxsiyyət, imic fotoşəkilləri, reklam videoları, müştəri rəyləri, şirkət haqqında məqalələr, rəhbərlərlə müsahibələr, sərgilərdən, tanıtım və müsabiqələrdən fotoşəkillər, hazır brend hekayəsi və s.

  10. Əlavə xana. Burada əvvəlki xanalara aid olmayan hər şeyi yazın.

 

Sonda, mütəxəssis üçün bütün giriş məlumatları olan 4-5 səhifəlik yığcam bir sənəd əldə etməlisiniz. Bundan əlavə, SMM-də müştəri üçün bu qısa məlumat potensial müştərilərə göndərdiyiniz məktublara əlavə edilə bilər.

Sənədin icrası qaydaları.

Brief tərtib etmək üçün təsdiq edilmiş qaydalar yoxdur. Siz birbaşa mütəxəssisdən form’u soruşa, İnternetdə yükləyə və ya hər hansı mətn redaktorunda özünüz edə bilərsiniz. Əsas odur ki, məlumat aydın və oxunaqlı şəkildə təqdim olunsun.
İdeal seçim “Stac” marketinq agentliyindən hazır SMM Brief’i yükləməkdir. Mütəxəssis və müştərilərlə geniş iş təcrübəmiz sayəsində biz hər iki tərəflə qarşılıqlı anlaşma tapmağa kömək edəcək, dəqiq suallar siyahısını yarada bildik.

Tamamlanmış brief’i "hello@stac.az" rəsmi elektron poçtumuza göndərə bilərsiniz.

bottom of page